Sumqayıt 59 yaşlı qadın dəm qazından boğulub.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 17-ci mikrorayonunda qeydə alınıb.
1961-cil təvəllüdlü şəhər sakini Manafova İradə Şaban qızı hamam otağında dəm qazından boğulub. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.