Sumqayıt şəhərində dəm qazı 74 yaşlı qadının ölümünə səbəb olub.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin “Qurd dərəsi” yaşayış massivində qeydə alınıb.
1947-ci il təvəllüdlü Hüseynova Şükufə Həmid qızı dəm qazından boğulub. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.