Sumqayıtda 56 yaşlı qadın dəm qazından boğulub.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 29-cu məhəlləsində yerləşən yataqxanalardan birində qeydə alınıb.
Şəhər sakini, 1965-ci il təvəllüdlü Cəfərova Afərin Həsənqara qızı yaşadığı mənzildə dəm qazından boğulub. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.