• HADİSƏ

    22:52 25 sentyabr 2019

Sumqayıt sakini naməlum şəxs tərəfindən öldürülüb

Sumqayıtda 29 yaşlı şəxs qətlə yetirilib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə axşam saatlarında şəhərin Hacı Zeynalabdin qəsəbəsinin Fərrux Qayıbov küçəsində baş verib.

Belə ki, 1990-cı il təvəllüdlü qəsəbə sakini Eldarov Şəhriyar Azad oğlu naməlum şəxs tərəfindən iki bıçaq zərbəsi ilə qətlə yetirilib. Bıçaq zərbələrindən biri onun ürəyinə, digəri isə bel nahiyəsinə vurulub. Ş.Eldarov xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Mərhumun meyiti müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Ramil

Teqlər:

SON XƏBƏRLƏR