Sumqayıtda sərxoş şəxs özünə xəsarət yetirib.
ONA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 8-ci mikrorayonunda qeydə alınıb.
Belə ki, şəhər sakini, 1990-cı il təvəllüdlü Cəfərov Elnur Rizvan oğlu özünə kəsici alətlə xəsarət yetirib. E.Cəfərov sol qolunun damarlarını kəsib və onun sərxoş vəziyyətdə belə addım atdığı bildirilir.
Yaralı dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb və cərrahi əməliyyat olunub.
Faktla bağlı araşdırma aparılır.
Ramil Zeynallı