• HADİSƏ

    09:11 21 aprel 2019

Sumqayıt sakini tanıdığı şəxslər tərəfindən döyülərək xəsarət alıb

Sumqayıtda gecə saatlarında döyülmə hadisəsi baş verib.

ONA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 30-cu məhəlləsində qeydə alınıb.

Şəhər sakini, 1989-cu il təvəllüdlü Qəhrəmanov Elvin Filman oğlu tanıdığı şəxslər tərəfindən döyülüb. O, bədəninin müxtəlif nahiyələrindən zədə alaraq xəstəxanaya aparılıb.

Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Ramil Zeynallı

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR