• HADİSƏ

    21:16 6 may 2019

Sumqayıt sakini tanımadığı şəxs tərəfindən bıçaqlanıb

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.

ONA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 18-ci mikrorayonu ərazisində, “Aylı gecə” şadlıq sarayının yaxınlığında qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü Elnur Nəbizadə mübahisə zəminində tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib və ona tibbi yardım göstərilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Ramil

Teqlər:

SON XƏBƏRLƏR