Sumqayıt sakininə məxsus 40 ədəd göyərçin oğurlanıb
  • HADİSƏ

  • 05:07 23 May 2019

Sumqayıt sakininə məxsus 40 ədəd göyərçin oğurlanıb

Sumqayıt şəhərinin 1-ci mikrorayonu ərazisində oğurluq hadisəsi baş verib.

ONA xəbər verir ki, Niyaməddin Əjdərov saxladığı 40 ədəd göyərçinin yoxa çıxdığını görüb. Məlum olub ki, göyərçinlər oğurlanıb.

O bu baradə Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edib. Aparılan axtarış zamanı məlum olub ki, göyərçinləri onun qonşuluğunda yaşayan 33 yaşlı Sabir Əliyev oğurlayıb. Həmin şəxs saxlanılıb.

Araşdırma aparılır.

Nurlan Əli

Teqlər: Sumqayıt oğurluq

OXŞAR XƏBƏRLƏR