• HADİSƏ

    20:47 13 aprel 2019

Sumqayıt vağzalında yarım kiloqram marixuana tutulub

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları Sumqayıt Dəmiryolu Vağzalı ərazisində əməliyyat keçiriblər.

ONA xəbər verir ki, hüquq-mühafizə orqanları əməkdaşları əvvəlcədən alınmış məlumata əsasən hərəkat ediblər.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş A. Daşdəmirovdan 480 qram marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR