• HADİSƏ

    04:33 5 iyun 2019

Sumqayıtda 18 bıçaq zərbəsi vurulan şəxs hadisə yerində ölüb

Sumqayıtda qətl hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 11-ci mikrorayonunda yerləşən "Xanə" kafesində qeydə alınıb.

Belə ki, 1978-ci il təvəllüdlü Babayev Tahir Gülmurad oğlu mübahisə etdiyi şəxs tərəfindən qətlə yetirilib. T.Babayev bədəninin müxtəlif yerlərindən 18 bıçaq zərbəsi alaraq hadisə yerindəcə ölüb.

Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

Ramil

Teqlər:

SON XƏBƏRLƏR