Sumqayıtda daha bir nəfər dəm qazından zəhərlənib.
ONA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 5-ci mikrorayonunda baş verib. Şəhər sakini, 1996-cı il təvəllüdlü Seyidova Karına Adrikovna yaşadığı mənzildə dəm qazından zəhərlənib. O, dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, ötən gecə isə 2 yeniyetmə dəm qazından zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib.