Sumqayıtda dənizdə batan gəncin meyiti tapılıb.
ONA-nın yerli bürosunun verdiyi məlumata görə, dənizdə batdığı ehtimal olunan, 1992-ci il təvəllüdlü Vəlişov Səyavuş Abdul oğlunun meyiti FHN xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb.
Saat 11:17
***
Sumqayıtda 27 yaşlı oğlan dənizdə batıb.
Fövqəladə Hallar Nazirliyindən ONA-ya verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə dənizdə (Sumqayıt şəhəri) batdığı ehtimal olunan 1992-ci il təvəllüdlü Vəlişov Səyavuş Abdul oğlunun axtarışlarının aparılması üçün müraciət daxil olub.
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.