• HADİSƏ

    14:14 8 may 2019

Sumqayıtda qətl törədən şəxs tutulub - YENİLƏNİB-1

Sumqayıtda törədilən qətlin bəzi təfərrüatları məlum olub.

ONA-nın məlumatına görə, qətlə yetirilən 1984-cü il təvəllüdlü Kərimov Emin Vəli oğlu Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin əməkdaşıdır.

Qətli törədən Şəmsəddin İbrahimovla E.Kərimov qonşu olub. Aralarında yaranmış şəxsi mübahisə zəminində Ş.İbrahimov E.Kərimovu işdən çağıraraq küçəyə aparıb. Küçədə Ş.İbrahimov qonşusunu bıçaqlayaraq öldürüb.

* * *

Saat 13:43

Sumqayıtda qətl törədən şəxs tutulub.

ONA-nın yerli bürosunun məlumatına görə, 1984-cü il təvəllüdlü Kərimov Emin Vəli oğlunun bıçaqlanaraq, qətlə yetirilməsi faktı ilə bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Şəmsəddin İbrahimov şübhəli şəxs qismində saxlanılıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

* * *

Saat 12:07

Sumqayıtda qətl törədilib.

ONA-nın yerli bürosunun verdiyi məlumata görə, şəhər sakini, 1984-cü il təvəllüdlü Kərimov Emin Vəli oğlu bıçaqlanaraq öldürülüb.

Qətlin motivi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Ramil

Teqlər:

SON XƏBƏRLƏR