• HADİSƏ

    13:47 31 may 2019

Sumqayıtda 54 yaşlı kişini cərəyan vuraraq öldürüb

Sumqayıt sakini bədbəxt hadisə nəticəsində ölüb.

ONA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin İnşaatçılar qəsəbəsində baş verib. Belə ki, həyət evində elektrik naqillərini təmir etmək istəyən şəhər sakini, 1965-ci il təvəllüdlü İbrahimov Aqil İdris oğlunu cərəyan vurub. A. İbrahimov aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Ramil

Teqlər:

SON XƏBƏRLƏR