Sumqayıtda bədbəxt hadisə qeydə alınıb.
ONA-nın yerli bürosunun məlumatına görə, şəhər sakini 1959-cu il təvəllüdlü Mehdi Rəcəbov ehtiyatsızlıqdan laqonda ilə əlini kəsib.
Hadisə M.Rəcəbovun evdə təsərrüfat işləri gördüyü zaman baş verib.
Yaralı Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb və ona lazımi tibbi yardım göstərilib.