• HADİSƏ

    12:47 26 aprel 2019

Sumqayıtda 67 yaşlı qadın evində ölü tapılıb

Sumqayıtda mənzildə meyit aşkarlanıb.

ONA-nın yerli bürosunun məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhəri, 4-cü mikrorayonda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1952-ci il təvəllüdlü Piyatevna Svetlana Qriqoryevnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.

Ramil

Teqlər:

SON XƏBƏRLƏR