• HADİSƏ

    19:11 20 aprel 2019

Sumqayıtda 80 yaşlı qadını maşın vurub

Sumqayıtda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın yerli bürosunun məlumatına görə, şəhərin 5-ci mikrorayon sakini, 1939-cu il təvəllüdlü Qiyasbəyli Abugünəş Məhəmməd qızı yolu keçmək istəyərkən onu avtomobil vurub. Xəsarət alan 80 yaşlı qadın dərhal xəstəxanaya çatdırılıb. Onun vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Ramil Zeynallı

Aytən

Teqlər:

SON XƏBƏRLƏR