• HADİSƏ

    18:07 15 may 2019

Sumqayıtda arvadını 40 bıçaq zərbəsi ilə öldürən şəxsə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Yaqub Ağayevin işi üzrə məhkəmə prosesi başa çatıb.

ONA-nın xəbərinə görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Y. Ağayev 16 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il dekabrın 12-də Sumqayıt şəhərində baş verib. Şəhər sakini, 1992-ci il təvəllüdlü Ağayeva Aynurə Ramiz qızı ona vurulan çoxsaylı bıçaq zərbələri nəticəsində dünyasını dəyişib. Cinayəti törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı Ağayev Yaqub Şirin oğlu saxlanılıb. Məlumata görə, Y.Ağayev həyat yoldaşını qısqanclıq zəminində öldürüb. O, qadının bədəninə 40-a yaxın bıçaq zərbəsi endirib.

Etibar

Teqlər:

SON XƏBƏRLƏR