• HADİSƏ

    12:09 22 fevral 2019

Sumqayıtda avtobus qəzasında yaralananlardan 12-si evə buraxılıb

Sumqayıtda 30 saylı sərnişin avtobusunun qəzaya uğraması nəticəsində xəsarət alan 31 nəfərdən 12-si evə buraxılıb.

Bu barədə ONA-ya Sumqayıt şəhər Təcilli Tibbi Yardım Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, hazırda Sumqayıt şəhər Təcilli Tibbi Yardım Xəstəxanasında 19 nəfərin müalicəsi davam etdirilir: "Onların 6-sı reanimasiya, 7-si travmatologiya şöbəsinə yerləşdirilib, 1 hamilə qadın tibbi yardım almaq məqsədilə Sumqayıt şəhər 1 saylı Doğum Evinə göndərilib. Qalan xəstələrə isə hazırda tibbi yardım göstərilir, onlardan bəziləri evə buraxıla bilər. Ümumilikdə isə xəstələrin vəziyyəti orta ağır qiymətləndirilir".

Qeyd edək ki, ötən gün axşam saatlarında Sumqayıt şəhərində 30 saylı xətt üzrə hərəkət edən marşrut avtobusu minik avtomobili ilə toqquşub. İdarəetməni itirən avtobus daha sonra hasara çırpılıb. Qəza nəticəsində 30-dan çox sərnişin xəsarət alıb.

Ramil Zeynallı

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR