• HADİSƏ

    10:40 26 aprel 2019

Sumqayıtda avtobus sürücüsü bıçaqlanıb

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.

ONA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 8-ci mikrorayon ərazisində qeydə alınıb. Şəhərdə fəaliyyət göstərən 9 nömrəli marşrut avtobusunun sürücüsü, 1968-ci il təvəllüdlü Kazım Kazımov nəqliyyat vasitəsini qaraja təhvil verdikdən sonra naməlum şəxs onu bıçaqlayıb. 9 bəçaq xəsarəti alan yaralı ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ramil

Teqlər:

SON XƏBƏRLƏR