Sumqayıtda avtomobil oğurlayan şəxs Abşeronda tutulub
  • HADİSƏ

  • 08:21 15 Avqust 2020

Sumqayıtda avtomobil oğurlayan şəxs Abşeronda tutulub

Avqust ayının 9-da Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 8-in qarşısından "Audi A6" markalı avtomobil oğurlanıb.

APA xəbər verir ki, bu barədə avtomobilin sahibi Mirzəyev Ramin Firudin oğlu Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə müraciət edib.

Bu gün gecə saatlarında Abşeron Rayon Dövlət Yol Polis Şöbəsinin baş inspektoru Əli Cavadov və polis serjantı Arif Allahverdiyev tərəfindən oğurlanan avtomobil xidməti ərazidə aşkarlanıb. Avtomobil DYPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb. Əlahiddə Çevik Polis Alayının əməkdaşları ilə birgə nəqliyyat vasitəsini oğurlayan şəxs Abşeron Rayon Polis İdarəsinə təhvil verilib. Avtomobil isə sahibinə qaytarılıb.

Nəqliyyat vasitəsini oğurlayan 1997-ci il təvəllüdlü Xanlarzadə Oktay Nizami oğlu məsuliyyətə cəlb olunub.

Nurlan Əli

Teqlər:

OXŞAR XƏBƏRLƏR