Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən avtoqəza olub.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Babək küçəsində baş verib.
Yolu keçmək istəyən şəhər sakini, 1984-cü il təvəllüdlü Mikayıl Əliyevi avtomobil vurub. Ağır bədən xəsarətləri alan M.Əliyev dünyasını dəyişib.
Onun meyiti müayinə olunması üçün aidiyyəti üzrə məhkəmə-tibb ekspertizasına təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.