• HADİSƏ

    20:57 2 aprel 2019

Sumqayıtda avtomobil yanıb

Axşam saatlarında Sumqayıt şəhərində yanğın olub.

ONA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Bakı küçəsində qeydə alınıb.

Belə ki, şəhər sakinlərindən birinə məxsus olan avtomobil qəfildən alışıb.

Əraziyə yanğınsöndürənlər cəlb olunub və yanğının qarşısı alınıb. Bununla belə, avtomobilə ciddi ziyan dəyib.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR