• HADİSƏ

    17:09 3 iyun 2019

Sumqayıtda avtomobillərdən 10 min manatdan çox oğurluq edən şəxs tutulub

Sumqayıt şəhərində silsilə oğurluqlar edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən xəbərə görə, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən yanvarın 16-da şəhər ərazisində “Toyota” markalı avtomobildən 1200 manat və 2650 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş C.Abbasov saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun daha 2 avtomobildən ümumilikdə 4300 manat oğurlaması da müəyyən edilib.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR