Sumqayıtda "Azərsu"ya məxsus avtomobil qəzaya düşüb, xəsarət alanlar var - [color=red]FOTO[/color]
  • HADİSƏ

  • 13:27 01 May 2019

Sumqayıtda "Azərsu"ya məxsus avtomobil qəzaya düşüb, xəsarət alanlar var - FOTO

Sumqayıt şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın yerli bürosunun məlumatına görə, qəza "Stansiya Sumqayıt" deyilən ərazidə baş verib. "Azərsu" ASC-yə məxsus "Mitsubishi" markalı minik avtomobili su daşıyan yük maşını ilə toqquşub. Qəza nəticəsində 1970-ci il təvəllüdlü Əliyev Rəhman Şükür oğlu, 1986-cı il təvəllüdlü Məmmədov Rəşad Musa oğlu və 1985-ci il təvəllüdlü Quliyev Elşad İlyas oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

Ramil Zeynallı

Teqlər: Sumqayıt qəza bütün xəbərlər

OXŞAR XƏBƏRLƏR