Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
ONA-nın yerli bürosunun məlumatına görə, 4-cü mikrorayon sakini, 2011-ci il təvəllüdlü Şərifli Abubəkir Fərid oğlunu avtomobil vurub. Qəza nəticəsində ağır xəsarət alan A.Şərifli Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Reanimasiya şöbəsinə yerləşdirilən azyaşlı cərrahi əməliyyat olunub.
Faktla bağlı araşdırma aparılır.
Ramil Zeynallı