• HADİSƏ

    13:44 22 may 2019

Sumqayıtda bağçada yanğın olub, uşaqlar təxliyə edilib - FOTO - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi Sumqayıtda uşaq bağçasında baş verən yanğınla bağlı məlumat yayıb.

ONA nazirliyin saytına istinadən xəbər verir ki, bağçanın yerləşdiyi ikimərtəbəli binanın birinci mərtəbəsində ümumi sahəsi 50 m² olan 1 otağın yanar konstruksiyaları 30 m² sahədə yanıb, qalan hissəsi qarsalanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 15 nəfər azyaşlı təhlükəsiz əraziyə təxliyə olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Saat 12:13

Sumqayıt şəhərində yanğın olub.

ONA-nın yerli bürosunun məlumatına görə, yanğın şəhərin 1-ci mikrorayonunda yerləşən 13 saylı bağçada qeydə alınıb. İstifadəyə yararsız olan və keçid kimi istifadə olunan dəhlizdə taxta tullantıları 20 kvadratmetr sahədə yanıb. Dərhal hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğın söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb.

Bağçada olan uşaqlar təhlükəsiz əraziyə təxliyə olunub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Ramil

Teqlər:

SON XƏBƏRLƏR