Sumqayıtda binada yanğın baş verib
  • HADİSƏ

  • 23:17 18 İyun 2019

Sumqayıtda binada yanğın baş verib

Sumqayıtda yanğın hadisəsi qeydə alınıb.
APA-nın yerli bürosunun məlumatına görə, yanğın şəhərin 9-cu mikrorayonunda 1/2 saylı binanın blokunda baş verib.
Belə ki, lift kabinəsi qəfildən tüstüləyərək alışıb. FHN-in yanğından mühafizə bölməsinin dərhal müdaxiləsi nəticəsində yanğın söndürülüb, digər ərazilərə keçməsinin qarşısı alınıb.
Yuxarı mərtəbələrdə yaşayan 10 nəfər bina sakini təxliyə edilib.
Yanğın baş verən zaman liftdə heç kim olmayıb.
Faktla bağlı araşdırma aparılır.

Ramil Zeynallı

Teqlər:

OXŞAR XƏBƏRLƏR