• HADİSƏ

    12:58 30 aprel 2019

Sumqayıtda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib

Sumqayıtda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

ONA-nın yerli bürosunun məlumatına görə, şəhərin Kimyaçılar qəsəbəsində yerləşən yataqxanaların birində yaşayan 1978-ci il təvəllüdlü Səfərov Rövşən Səfəralı oğlu, həyat yoldaşı, 1985-ci il təvəllüdlü Səfərova Rüxsarə Qorxmaz qızı və onların övladları, 2011-ci il təvəllüdlü Səfərov Qorxmaz Rövşən oğlu yaşadıqları mənzildə dəm qazından zəhərləniblər.

Zəhərlənən şəxslər dərhal xəstəxanaya gətirilib və onlara tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Ramil

Teqlər:

SON XƏBƏRLƏR