Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.
ONA-nın yerli bürosunun məlumatına görə, şəhərin 9-cu mikrorayonunda ər-arvad arasında düşən mübahisə qanla nəticələnib.
Qısqanclıq zəminində Sumqayıt sakini, 1975-ci il Babayeva Tahirə Səxavət qızı əri tərəfindən bıçaqlanıb. Dərhal xəstəxanaya çatdırılan 44 yaşlı qadının vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.