• HADİSƏ

    22:21 3 may 2019

Sumqayıtda ər arvadını, sonra da özünü bıçaqlayıb

Sumqayıtda iki nəfərin ağır bədən xəsarəti alması ilə nəticələnən bıçaqlanma hadisəsi baş verib.


ONA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov küçəsində, Mərkəzi bazarın yaxınlığında yerləşən ticarət mərkəzlərinin birində olub.


1992-ci il təvəllüdlü Gülnar Amaşova satıcısı işlədiyi eynək mağazasında həyat yoldaşı, 1980-ci il təvəllüdlü Elçin Amaşov tərəfindən mübahisə edərkən qısqanclıq zəminində bıçaqlanıb. Sonra E.Amaşov özünə də bıçaq xəsarətləri yetirib.

Hər iki şəxs xəstəxanaya yerləşdirilib və əməliyyat olunublar. Vəziyyətlərinin stabil olduğu bildirilir.

Məlumata görə, ər və arvad bir müddət küsülü olublar. G.Amaşova acıq edərək valideynlərinin evinə gedib və boşanmaq istəyib.

Faktla bağlı araşdırma aparılır.

Ramil

Teqlər:

SON XƏBƏRLƏR