Sumqayıt sakini yaşadığı evdə ölmüş vəziyyətdə aşkarlanıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Ceyranbatan bağlarında qeydə alınıb.
Fərdi yaşayış evinə baxış zamanı orada meyit aşkar olunub. Həmin şəxsin 1975-ci il təvəllüdlü Adıgözəlov Elmar Xəlil oğlu olduğu müəyyən edilib. Meyit müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.