• HADİSƏ

    01:07 14 mart 2019

Sumqayıtda evdən 3500 manatlıq qızıl oğurlanıb

Sumqayıt şəhərində oğurluq hadisəsi olub.

ONA-nın yerli bürosunun məlumatına görə, oğurluq şəhərin Ceyranbatan bağları adlanan ərazisindəki evlərdən birində qeydə alınıb. Naməlum oğrular ev sahibinin evdə olmadığını əvvəlcədən müəyyən ediblər, daha sonra isə evi soyublar.

Zərərçəkmiş Sahibə Zeynalova bildirib ki, evə gələn zaman əşyaların alt-üst olduğunu görüb. Məlum olub ki, oğrular evdən dəyəri təxminən 3500 manat olan qızıl-zinət əşyalarını aparıblar.

Hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verilib, faktla bağlı araşdırma aparılır.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR