• HADİSƏ

    12:32 27 aprel 2019

Sumqayıtda evlərdən pul və qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

Sumqayıt şəhərində evlərdən oğurluq edən şəhər sakini tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində 3 evdən pul, qızıl-zinət və məişət əşyaları oğurlayan, habelə cibgirlikdə şübhəli bilinən Sumqayıt sakini, əvvəllər məhkum olunmuş N.Əliyev saxlanılıb.

Araşdırmalar davam edir.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR