• HADİSƏ

    22:19 27 mart 2019

Sumqayıtda beş gün əvvəl partlayışda yaralanan dörd nəfərdən biri ölüb

Sumqayıtda partlayış olub.

ONA-nın yerli bürosu xəbər verir ki, hadisə şəhərin İnşaatçılar qəsəbəsindəki metaləritmə sexində qeydə alınıb.

Məlumata görə, hadisə martın 22-də olub. Sözügedən sexdə xətt təmirə dayanıbmış. Bildirilir ki, sexin rəisi xətti yenidən qoşmaq istəyərkən partlayış baş verib. Nəticədə 4 nəfər - 1960-cı il təvəllüdlü Seyidəliyev Minyaz Şükür oğlu, 1967-ci il təvəllüdlü Mehrəliyev Əlibaba Kamil oğlu, 1992-ci il təvəllüdlü Qaraçayev Ceyhun Nazim oğlu, 1974-cü il təvəllüdlü Cəlilov Vüqar Məzahir oğlu yanıq xəsarətləri alaraq Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Yaralılardan M.Seyidəliyev həkimlərin səyinə baxmayaraq, müalicə aldığı xəstəxanada 5 gündən sonra dünyasını dəyişib. Digər yaralılar isə paytaxt xəstəxanalarına gətirilib.

Faktla bağlı araşdırma aparılır.

Ramil Zeynallı

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR