• HADİSƏ

    09:53 19 mart 2019

Sumqayıtda hasar uçub, ölən var

Sumqayıt bədbəxt hadisə baş verib.

ONA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Çerkassk küçəsində qeydə alınıb. Həmin ünvanda yerləşən həyət evlərinin birində evin hasarı uçub. Nəticədə hasarın dağıntıları altında qalan, ev sahibi, 1961-ci il təvəllüdlü Məmmədov İlham Süleyman oğlu hadisə yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.

Ramil Zeynallı

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR