• HADİSƏ

    17:11 10 may 2019

Sumqayıtda iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb

Sumqayıtda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin "Stansiya Sumqayıt" ərazisində qeydə alınıb. "VAZ-21099" markalı avtomobil "NİVA" markalı maşınla toqquşub. Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinin sürücüsü və iki sərnişin xəsarət alıblar. Xəsarət alanlara əraziyə cəlb edilən təcili tibbi yardım xidmətinin əməkdaşları tibbi yardım göstəriblər. Hər iki avtomobilə ciddi ziyan dəyib və hadisənin baş vermə səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.

Ramil

Teqlər:

SON XƏBƏRLƏR