• HADİSƏ

    16:06 3 noyabr 2019

Sumqayıtda ağır qəzada ölənlərin şəxsiyyəti məlum olub - YENİLƏNİB-1 - FOTO

Bu gün Sumqayıtda "Mitsubishi" və "Ravon" markalı minik avtomobillərinin toqquşması nəticəsində həyatını itirənlərin şəxsiyyəti məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, qəza nəticəsində 1997-ci il təvəllüdlü Babazadə Elşən Seymur oğlu və 1959-cu il təvəllüdlü Həsənov Nazim İsgəndər oğlu ölüb.

Qeyd edək ki, bu gün "Stansiya Sumqayıt" ərazisində baş verən qəzada 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

***

saat 15.08

Sumqayıtda "Mitsubishi" və "Ravon" markalı minik avtomobillərinin toqquşması nəticəsində 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

APA-nın yerli bürosunun məlumatına görə, "Stansiya Sumqayıt" ərazisində baş verən qəzada xəsarət alanlardan birinin durumu ağırdır.

Faktla bağlı araşdırma aparılır.

***

saat 13. 12

Sumqayıtda iki minik avtomobili toqquşub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə "Stansiya Sumqayıt" ərazisində qeydə alınıb.

"Mitsubishi" və "Ravon" markalı minik avtomobillərinin toqquşması nəticəsində 2 nəfər həyatını itirib.

Ölənlərdən birinin şəxsiyyəti dəqiqləşib. Bu, 1959-cu il təvəllüdlü Həsənov Nazim İsgəndər oğludur.

Faktla bağlı araşdırma aparılır.

Ramil

Teqlər:

SON XƏBƏRLƏR