• HADİSƏ

    17:41 26 mart 2019

Sumqayıtda iki oğru saxlanılıb

Sumqayıt polisi şəhərdə əməliyyat keçirib.

ONA-nın yerli bürosunun məlumatına görə, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində martın 24-də şəhər ərazisindəki evlərin birindən 400 manat və 100 ABŞ dolları, habelə 300 manat dəyərində qızıl sırğa və spirtli içki oğurlamaqda şübhəli bilinənlər - şəhər sakini A.Tişkin və Qobustan rayon sakini F.Nəsirov saxlanılıb.

F.Nəsirovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun bir köşkdən 234 manat pul, tütün məmulatı və danışıq kartları oğurlaması, habelə A.Tişkinin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun daha bir evdən elektrik naqili və təmir-tikinti aləti oğurlaması müəyyən edilib.

Faktla bağlı Sumqayıt Polis İdarəsində araşdırma aparılır.

Ramil Zeynallı

Aytən

Teqlər:

SON XƏBƏRLƏR