• HADİSƏ

    22:24 10 aprel 2019

Sumqayıtda iki qadın və bir uşaq döyülərək xəsarət alıb

Sumqayıt şəhərində axşam saatlarında döyülmə hadisəsi baş verib.

ONA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Köhnə Corat qəsəbəsində baş verib. Uşaq üstündə düşən mübahisə sonda əlbəyaxa dava ilə nəticələnib.

Belə ki, 1975-ci il təvəllüdlü Cavadova Südabə Dilsuz qızı, 1977-ci il təvəllüdlü Əliyeva Məsumə Dilsuz qızı və onun oğlu 2013-cü il təvəllüdlü Əliyev Fərman Telman oğlu tanıdıqları şəxs tərəfindən döyülüb. Xəsarət alanlar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib, onlara tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

Sumqayıt polisi hadisə ilə bağlı araşdırmalara başlayıb.

Ramil Zeynallı

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR