• HADİSƏ

    23:55 19 may 2019

Sumqayıtda karton kombinatında yanğın baş verib

Sumqayıt şəhərində axşam saatlarında yanğın hadisəsi baş verib.

ONA-nın yerli bürosunun məlumatına görə, yanğın Sumqayıt şəhərində karton sexi kimi fəaliyyət göstərən birmərtəbəli tikilidə qeydə alnıb. Sexin içərisində karton və kağız tullantıları 500 m² sahədə yanıb.

Dərhal hadisə yerinə Sumqayıt Dövlət Yanğından Mühafizə İdarəsinin 3 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb.

Xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Ramil

Teqlər:

SON XƏBƏRLƏR