• HADİSƏ

    10:25 25 aprel 2019

Ceyranbatanda küçədə meyit tapılıb

Abşeronda küçədə meyit tapılıb.

ONA-nın yerli bürosunun məlumatına görə, hadisə Ceyranbatan qəsəbəsində qeydə alınıb. Sumqayıt şəhər sakini, 1982-ci il təvəllüdlü Pərviz Sultan oğlu Rəhimovun meyiti küçədə aşkar edilib. Onun yüksək dozada narkotikin təsirindən öldüyü ehtimal edilir. Meyit müayinə olunmaq üçün tibbi ekspertizaya təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Ramil Zeynallı

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR