Sumqayıtda kütləvi dava olub
  • HADİSƏ

  • 19:30 04 May 2019

Sumqayıtda kütləvi dava olub

Sumqayıt şəhərinin kafelərinin birində kütləvi dava olub, xəsarət alan var.

ONA-nın yerli bürosunun məlumatına görə, dava şəhərin Niyazi küçəsində fəaliyyət göstərən kafelərdən birində  baş verib.

Belə ki, obyektdə sifariş edilən pivənin hesabını vermək istəməyən şəxslərlə digər qrup arasında düşən mübahisə dava ilə nəticələnib. Dava zamanı kafenin infrastrukturuna ziyan dəyib, kafedə xadimə işləyən bir qadın isə xəsarət alıb.

Qadına təcili tibbi yardımın əməkdaşları tərəfindən tibbi yardım göstərilib.

Faktla bağlı polis tərəfindən araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR