• HADİSƏ

    23:38 3 iyun 2019

Sumqayıtda marketdə yanğın olub

Sumqayıtda axşam saatlarında yanğın olub.

ONA-nın yerli bürosunun məlumatına görə, yanğın şəhərin Nəriman Nərimanov küçəsində yerləşən “Pioner” marketdə qeydə alınıb.

Belə ki, marketin tavanında olan kabel xəttində qəfildən alışma baş verib. Nəticədə 10 paqonometr kabel xətti yanıb.

Əraziyə dərhal yanğınsöndürənlər cəlb olunub, yanğın söndürələrək digər ərazilərə keçməsinin qarşısı alınıb.

Marketdə olan işçilər və alıcılar təxliyyə edilib.

Ramil

Teqlər:

SON XƏBƏRLƏR