• HADİSƏ

    18:12 2 iyun 2019

Sumqayıtda marşrut avtobusunda yanğın olub - FOTO

Bu gün Sumqayıtda marşrut avtobusunda yanğın olub.

ONA-nın yerli bürosunun məlumatına görə, şəhərin Heydər Əliyev prospekti ilə 7 nömrəli marşrut xətti ilə hərəkət edən avtobus qəfildən alışmağa başlayıb.

Sürücü avtobusu saxlamağa müvəffəq olub və nəqliyyat vasitəsində olan sərnişinlər dərhal düşürülüb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib və yanğının avtobusun digər hissələrinə keçməsinin qarşısı alınıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Ramil

Teqlər:

SON XƏBƏRLƏR