• HADİSƏ

    18:35 21 may 2019

Sumqayıtda marşrut avtobusunun iştirakı ilə qəza baş verib, xəsarət alanlar var - FOTO

Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın yerli bürosunun məlumatına görə, qəza şəhərin Sülh küçəsində qeydə alınıb. “Hyundai” markalı avtomobil şirkətlərdən birinə məxsus yük avtomobili və daha sonra 9 nömrəli marşrut avtobusu ilə toqquşub. Zərbənin gücündən “Hyundai” markalı avtomobil tamamilə yarasız hala düşüb. Minik avtomobilində olan 2 nəfər ağır bədən xəsarətləri alaraq xəstəxanaya aparılıb.

Qəza nəticəsində Sumqayıtın əsas girişində tıxac yaranıb. Yol polisinin müdaxiləsindən sonra nəqliyyatın hərəkəti bərpa olunub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qəzanın görüntüləri sosial şəbəkələrdə paylaşılıb.

Ramil

Teqlər:

SON XƏBƏRLƏR