• HADİSƏ

    12:12 2 iyun 2019

Sumqayıtda marşrut avtobusunun vurduğu piyada ölüb

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Səməd Vurğun küçəsində, 4 nömrəli şəhər xəstəxanasının qarşısında baş verib.

Yolu keçmək istəyən 1979-cu il təvəllüdlü Müseyibov Ramil Abdulla oğlunu Samir Cəbrayılovun idarə etdiyi "50 AE 675 " dövlət nömrə nişanlı 30 nömrəli marşrut avtobus vurub.

Nəticədə ağır bədən xəsarətləri alan piyada xəstəxanaya aparılaraq reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq R.Museyibov dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Ramil

Teqlər:

SON XƏBƏRLƏR