• HADİSƏ

    11:58 27 mart 2019

Sumqayıtda məcburi köçkünlərin məskunlaşdığı liseydə yanğın olub

Sumqayıtda peşə liseyində yanğın baş verib.

ONA-nın yerli bürosunun məlumatına görə, şəhərin 42-ci məhəlləsində yerləşən 10 nömrəli Sumqayıt Peşə Liseyinin birinci mərtəbəsində yanğın olub. Sahəsi 35 kv.m. olan 1 otağın içərisində taxta tullantıları 5 kvadratmetr sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Qeyd edək ki, həmin liseyin bir hissəsində məcburi köçkünlər məskunlaşıb. Artıq onların yeni mənzillərə köçürülməsinə başlanılıb.

Ramil Zeynallı

Gülşən

Teqlər:

SON XƏBƏRLƏR