Sumqayıtda 37 yaşlı kişi meyiti tapılıb.
APA-nın yerli bürosunun məlumatına görə, meyit şəhərin Hacı Zeynalabdin qəsəbəsində fərdi yaşayış evlərinin birində aşkarlanıb.
Araşdırma zamanı həmin şəxsin 1982-ci il təvəllüdlü Əliyev Mehman Taraş oğlu olduğu müəyyən edilib. Onun narkotikdən öldüyü məlum olub.
Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.