Sumqayıtda mənzildən boğularaq öldürülmüş qadın meyiti aşkar olunub
  • HADİSƏ

  • 02:15 06 Mart 2020

Sumqayıtda mənzildən boğularaq öldürülmüş qadın meyiti aşkar olunub

Sumqayıtda mənzildən qadın meyiti tapılıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 4-cü mikrorayonunda baş verib.

Hüquq-mühafizə orqanları mənzillərdən birinə keçirdiyi baxış zamanı qadın meyiti aşkarlayıblar. Meyiti tapılan şəxsin 1997-ci il təvəllüdlü Əliyeva Günay Rza qızı olduğu məlum olub.

23 yaşlı gəncin boğularaq öldürüldüyü ehtimal edilir və onun ölüm səbəbi aparılan ekspertizadan sonra daha dəqiq məlum olacaq. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Ramil Zeynallı

Teqlər:

OXŞAR XƏBƏRLƏR